Bakıda qadının evindən bir milyon manatlıq oğurluqla bağlı məhkəmə başlayır

Bakıda qadının evindən bir milyon manatlıq oğurluqla bağlı məhkəmə başlayır
# 31 mart 2021 09:10 (UTC +04:00)

Bakıda qadının mənzillindən 1 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Tural Rəhimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il avtustun 4-də Bakıda baş verib. Şəhər sakini Zülfiyyə Əliyevanın mənzilindən 1 milyon manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Qadının şikayəti əsasında araşdırma başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Tural Rəhimli saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR