Bakıda qamışlıq yanır

Bakıda qamışlıq yanır
# 16 yanvar 2021 19:22 (UTC +04:00)

Bakıda qamışlıq yanır.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğınsöndürmə qüvvələrinin səyi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR