Bakıda qardaş qardaşı qətlə yetirib - YENİLƏNİB

Bakıda qardaş qardaşı qətlə yetirib - YENİLƏNİB
# 09 avqust 2020 00:55 (UTC +04:00)

Bakının Sabunçu rayonunda bıçaq xəsarəti alan şəxs xəstəxanada dünyasını dəyişib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

1998-ci il təvəllüdlü Eynullayev Səfa Salubəli oğlu qardaşı ilə dava edib. Qardaşı onun qarın nahiyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirib. S.Eynullayev hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

***

Saat 12:10

Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Yaşadıqları evin həyətində şəxsi münaqişə zəminində qardaşlar arasında mübahisə olub. Nəticədə 1988-ci il təvəllüdlü Eynullayev Səfa qardaşı tərəfindən boyun nahiyəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR