Bakıda qayınata və kürəkən bıçaqlanıb

Bakıda qayınata və kürəkən bıçaqlanıb
# 17 fevral 2020 23:45 (UTC +04:00)

Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Yeni Binə yaşayış massivində 1965-ci il təvəllüdlü Həsənov Azər Vəlixan oğlu və onun kürəkəni Əhmədov Elçin Mikayıl oğlu küçədə gedərkən naməlum şəxslər avtomobildən düşərək onlarla əlbəyaxa dava edib. Nəticədə A.Həsənov və E.Əhmədov bıçaqlanıb.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR