Bakıda qızı avtomobil vurub

Bakıda qızı avtomobil vurub
# 09 fevral 2021 23:52 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Mustafayeva Ramina Süleyman qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR