Bakıda qonşular arasında davada bir nəfər bıçaqlanıb

Bakıda qonşular arasında davada bir nəfər bıçaqlanıb
# 15 avqust 2020 21:14 (UTC +04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1990-ci il təvəllüdlü Mustafayev Elman Əsgər oğlu avtomobilini park edən qonşusu ilə

mübahisə edib. E.Mustafayev qonşusuna küçədə düzgün parklama etmədiyi üçün irad tutub. Onlar arasında dava düşüb. Dava zamanı E.Mustafayev bıçaqlanıb. Yaralı qarnın ön divarının çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR