Bakıda qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılıb

Bakıda qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılıb
# 17 sentyabr 2020 05:10 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "Toyota" markalı minik avtomobili və “MAN” markalı yük avtomobili toqquşub.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Rüstəmov Qədir İsmayıl oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR