Bakıda ər-arvadı avtomobil vurub

Bakıda ər-arvadı avtomobil vurub
# 20 fevral 2021 22:06 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Binəqədi rayonunda, “Mal bazarı” kimi tanınan ərazidə qeydə alınıb.

1952-ci il təvəllüdlü Xanlar Ağayev və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Elmira Ağayeva yolu keçərkən onların hər ikisini avtomobil vurub. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR