Bakıda dava olub - FOTO - VİDEO

Bakıda dava olub - FOTO - VİDEO
# 22 yanvar 2020 03:46 (UTC +04:00)

Bakının Nərimanov rayonunda xuliqanlıq zəmnində dava baş verib.

APA-nın məlumatına görə, hadisə Əhməd Rəcəbli küçəsində qeydə alınıb.

Mübahisə zamanı orta yaşlı şəxs (şəxsiyyəti hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyənləşdirilir) iaşə obyektindən çölə çıxaraq əlbəyaxa dava edib. Daha sonra o, 90-PC-375 dövlət qeydiyyat nişanlı “Khazar” markalı avtomobildən bıçaq götürərək digər insanlara hücum edərək nalayiq sözlər işlədib.

O daha sonra “Khazar” markalı avtomobilə minərək ərazidən uzaqlaşıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Şahidlərin izahatı alınıb. Həmin şəxsin axtarışına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR