Bakıda şadlıq sarayından 10 min manatlıq oğurluq olub

Bakıda şadlıq sarayından 10 min manatlıq oğurluq olub
# 04 yanvar 2021 14:56 (UTC +04:00)

Bakıda şadlıq sarayından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki şadlıq saraylarının birindən 10000 manat dəyərində 450 ədəd oturacaq, 2 ədəd televizor və led işıqlandırıcı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Kərimov, Y.Yusifov və A. Abbasov saxlanılıblar. Davam etdirilən tədbirlərlə A.Abbasovun yaşadığı evə baxış zamanı oradan 3 qram heroin və 9 qram metamfetamin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR