Bakıda sexdəm oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də rayon ərazisindəki qapı-pəncərə sexlərindən birinin qarşısından 5400 manat dəyərində aliminum profillər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Cəlilov və əvvəllər məhkum olunmuş M.Abbasov saxlanılıb.
Şəxsi axtarış zamanı onlardan heroin götürülüb.