Bakıda sexdən 6 min manatlıq oğurluq olub

Bakıda sexdən 6 min manatlıq oğurluq olub
# 05 yanvar 2021 12:10 (UTC +04:00)

Bakıda sexdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-dən cari il yanvarın 4-dək olan müddətdə Binəqədi qəsəbəsi ərazisindəki qapı-pəncərə sexlərinin birindən 6000 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini İ.Nəcəfov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR