Bakıda silahlı insident zamanı daha bir nəfərin yaralandığı məlum olub - FOTO - YENİLƏNİB

Bakıda silahlı insident zamanı daha bir nəfərin yaralandığı məlum olub - FOTO - YENİLƏNİB
# 23 dekabr 2019 09:00 (UTC +04:00)

Bakının Yasamal rayonunda baş vermiş silahlı insident zamanı yaralananların sayı artıb.

APA-nın məlumatına görə, "Niva" markalı avtomobildə daha bir nəfər - sərnişin İlkin Babayev də güllələnib.

Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

***

Saat 23:41

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı "VAZ 2121" ("Niva") markalı avtomobilində tapança ilə güllələnib. Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR