Bakıda silahlı şəxs saxlanılıb - FOTO

Bakıda silahlı şəxs saxlanılıb - FOTO
# 08 fevral 2020 09:48 (UTC +04:00)

Bakıda silahlı şəxs saxlanılıb.

Bu barədə APA-ya Daxili işlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb. Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Sabunçu rayon sakini Elxan Vahabov Maştağa qəsəbəsində tutulub.

Onun üzərinə və yaşadığı evə baxış zamanı 1 ədəd "TT" markalı atəşə yararlı tapança, 5 ədəd həmin silaha məxsus patron və daraq, eləcə də 1 ədəd “TOZ” markalı tüfəng aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Sabunçu RPİ-nin İatintaq Şöbəsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR