Bakıda silahlı şəxs tutulub - FOTO

Bakıda silahlı şəxs tutulub - FOTO
  • Clock-gray 13:09
  • calendar-gray 04 Fevral 2021

Bakıda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad İsmayılovun qəsəbə ərazisindəki dəmir yolu stansiyasının platformasının altında gizlətdiyi nömrəsi silinmiş “AK” markalı silah, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.

A. İsmayılov barəsində 3-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Səlcuq Elçin

Digər xəbərlər