Bakıda şirkətdən oğurluq olub

Bakıda şirkətdən oğurluq olub
# 20 iyul 2020 12:24 (UTC +04:00)

Bakıda şirkətdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki MMC-lərin birinin anbarından 5060 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini D.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR