Bakıda sərnişin avtobusu yanıb - FOTO

Bakıda sərnişin avtobusu yanıb - FOTO
# 03 iyun 2020 23:31 (UTC +04:00)

Bakının Sabunçu rayonunda sərnişin avtobusu yanıb.

APA xəbər verir ki, hadisə keçmiş "Komsomol" dairəsi kimi tanınan ərazidə baş verib.

209 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən "Temsa" markalı avtobus qaraja doğru hərəkətdə olan zaman onun salonunda qısaqapanma yaranıb və alova çevrilib. Sürücü Cacid Məmmədov avtobusdan enib, alovun qarşısını almaq istəyib. Buna baxmayaraq, avtobus alova bürünüb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib, yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR