Bakıda sərxoş sürücü qəza törədərək piyadanı vurub - FOTO

Bakıda sərxoş sürücü qəza törədərək piyadanı vurub - FOTO
  • Clock-gray 03:38
  • calendar-gray 26 Dekabr 2020

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Heydər Əliyev Prospekti ilə Babək prospektinin kəsişməsində qeydə alınıb.

“KİA” markalı avtomobilin sürücüsü idarəetməni itirərək səkiyə çırpılıb. Daha sonra avtomobil yolun kənarında səkidə hərəkətdə olan 1995-ci il təvəllüdlü Anar Əlizadəni vurub. A.Əlizadə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Avtomobil isə deformasiyaya uğrayıb. Əraziyə cəlb edilmiş Yol Patrul Xidmətinin əməkdaşları sürücünü Sərxoşluğun yoxlanılması məntəqəsinə aparıb. Müəyyən edilib ki, sürücü avtomobili sərxoş halda idarə edib.

 

Nurlan Əli

Digər xəbərlər