Bakıda sürücüyə qarşı quldurluq edilib

Bakıda sürücüyə qarşı quldurluq edilib
  • Clock-gray 12:42
  • calendar-gray 12 Fevral 2021

Abşeron sakini bıçaqla hədələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Ş.Həşimli yanvarın 9-da saat 23 radələrində Lökbatan qəsəbəsi ərazisində “VAZ-2104” markalı avtomobillə onun idarə etdiyi “Opel” markalı avtomobilin qarşısının kəsildiyini, bıçaqla hədələnərək 477 manat pulunun alındığını bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakini N.Quliyev müəyyən edilərək saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər