Bakıda ət mağazasında oğurluq olub - FOTO

Bakıda ət mağazasında oğurluq olub - FOTO
  • Clock-gray 23:29
  • calendar-gray 03 Dekabr 2019

 

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib. 

APA xəbər verir ki, hadisə Qaçaq Nəbi 2 ünvanında yerləşən ət dükanda qeydə alınıb.

Ət, kərə yağı və pendir oğurlayan şəxslər dükanı tərk edən zaman nəzarət kamerasının yaddaş blokunu da özləri ilə aparıblar. 

144 kiloqram ətin oğurlanma anı isə yaxınlıqdakı binanın nəzarət kamerasına düşüb. 

Zərərçəkən Sərxan Bayramovun sözlərinə görə, bu, onun dükanından edilən sayca 3-cü oğurluqdur.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində istintaq işi açılıb, araşdırma aparılır.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date