Bakıda taksi marşrut avtobusu ilə toqquşub - FOTO - YENİLƏNİB

Bakıda taksi marşrut avtobusu ilə toqquşub - FOTO - YENİLƏNİB
# 22 iyun 2020 19:01 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

BNA-dan APA-ya verilən məlumatına görə, bu gün saat 18:00 radələrində "Veten.Az-Trans" MMC-nin müvəqqəti istismarında olan 46 nömrəli, 99-JU-517 dövlət nömrə nişanlı, "İsuzu B902" markalı avtobusu idarə edən sürücü, Məmmədov Ruslan Ramiz oğlu Puşkin küçəsi ilə hərəkət edərkən əks istiqamətdə hərəkət edən taksi minik avtomobili ilə toqquşub: “Daşıyıcının verdiyi məlumata görə hadisə taksi minik avtomobilinin svetoforun icazə siqnalını nəzərə almadan qəfil sola dönmə əməliyyatı etməsi səbəbindən baş verib. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb”.

***

saat 18:31

Bakıda taksi kimi fəaliyyət göstərən minik avtomobili marşrut avtobusu ilə toqquşub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Səməd Vurğun bağının qarşısında qeydə alınıb.

Taksi fəaliyyəti göstərən minik avtomobili ilə 46 saylı marşrut avtobusun toqquşması nəticəsində xəsarət alan olmayıb. Lakin hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya bildirilib ki, hazırda qəza ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR