Bakıda taksi sürücüsünü döyərək maşınını oğurlayan dəstə tutulub

Bakıda taksi sürücüsünü döyərək maşınını oğurlayan dəstə tutulub
  • Clock-gray 09:24
  • calendar-gray 29 Yanvar 2020

Paytaxtda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb. 

APA-nın məlumatına görə, yanvarın 27-də saat 04:00 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində 2 nəfər naməlum şəxsin Bakı şəhər sakini, 1969-cü il təvəllüdlü X.Səfərovun baş nahiyəsindən vurmaqla, taksi kimi idarə etdiyi “Şevrolet” markalı avtomobilin ələ keçirməsi ilə bağlı 102- Zəng Mərkəzinə müraciət daxil olub. 

Daxil olan müraciət əsasında Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Post Patrul Xidməti və 29 Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinənlər – Siyəzən rayon sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunan 2000-ci il təvəllüdlü Tehran Güləliyev, 2002-ci il təvəllüdlü Elşad Paşayev və 1996-cı il təvəllüdlü İlham Sultanov yanvarın 28-də gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar. 

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date