Bakıda tanışını güllələyən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Bakıda tanışını güllələyən şəxslərin cinayət işi məhkəməyə göndərilib
# 31 mart 2021 12:16 (UTC +04:00)

Xəbər verildiyi kimi, 31 dekabr 2020-ci il tarixdə saat 05 radələrində Pirallahı rayonu Gürgan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması faktı ilə bağlı Azərbaycan Republikası Baş Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng müvafiq qaydada qablaşdırılaraq götürülüb, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

İstintaqla 31.12.2020-ci il tarixdə gecə saat 02 radələrində zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun cüzi səbəbə görə 30.12.2020-ci il tarixdə Röyal İlyasovla aralarında mübahisənin baş verməsini özlərinə hörmətsizlik kimi qəbul edib, bu hərəkətlərinə görə Röyal İlyasovu qəsdən öldürməklə cəzalandırmaq qərarına gələrək, xuliqanlıq niyyəti ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək sonuncunu yaşadığı evin yaxınlığında tüfəngdən atəş açaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Cəmil Hüseynov və Elşən Gözəlov təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR