Bakıda tikintisi gedən inzibati binadan 27 min manatlıq oğurluq olub

Bakıda tikintisi gedən inzibati binadan 27 min manatlıq oğurluq olub
# 18 dekabr 2020 12:51 (UTC +04:00)

Bakıda tikintisi gedən inzibati binadan 27 min manatlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 17-də rayon ərazisində inşa edilən inzibati binaların birindən 26.248 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri İ.Kamalzadə və F.Quliyev saxlanılıblar.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR