Bakıda tələbə yol qəzasında ölüb - FOTO - VİDEO - YENİLƏNİB-1

Bakıda tələbə yol qəzasında ölüb - FOTO - VİDEO - YENİLƏNİB-1
  • Clock-gray 12:18
  • calendar-gray 26 Noyabr 2019

Bakıda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub. 

APA-nın məlumatına görə, ilkin araşdırmalar zamanı qəzada ölən şəxsin Namiq Soltanov olduğu bildirilib. Araşdırmalar zamanı qəzada ölən şəxsin Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin II kurs tələbəsi Anar Musayev olması müəyyən edilib. A.Musayev "Mercedes" markalı avtomobilin sürücüsü olub.

***

Saat 00:33

Bakının Səbail rayonunda baş vermiş avtoqəza zamanı xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın məlumatına görə, hadisə zamanı "VAZ 2109"un sürücüsü - Namiq Soltanov, avtomobillərdə olan sərnişinlər - 18 yaşlı Abdullayeva Rəfiqə Münasib qızı və 1983-cü il təvəllüdlü Mövsumov Mirzə Həsənağa oğlu xəsarət alıblar.

Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib.

***

Saat 23:50

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza Bayıl şossesində qeydə alınıb.

Namiq Soltanovun idarə etdiyi “Mercedes” markalı minik maşını Azneft dairəsindən keçmiş Bayraq meydanı istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun ortasındakı işıq dirəyinə dəyib. Avtomobil daha sonra əks hərəkət zolağına çıxıb və qarşı yolla “VAZ 2109” markalı minik maşınına çırpılıb. Yol qəzası nəticəsində “Mercedes”in sürücüsü dünyasını dəyişib. Onun bir sərnişini və “VAZ 2109”-da olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə Səbail RPİ-nin və DYPŞ-nin əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date