Bakıda toy mərasiminin keçirilməsinin qarşısı alınıb - VİDEO

Bakıda toy mərasiminin keçirilməsinin qarşısı alınıb - VİDEO
# 15 mart 2021 17:12 (UTC +04:00)

Xətai Rayon Polis İdarəsinə (RPİ) rayon ərazisində yerləşən restoranlardan birində toy mərasiminin keçirildiyi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb. Sanitar-epidemioloji normaları pozaraq toyda iştirak edən 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək hər biri 200 manat miqdarında cərimə edilib.

Toy mərasiminin təşkilinə şərait yaradan restoranın inzibatçısı R.Mirzağayev isə 4000 manat məbləğində cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR