Bakıda 3 nəfərin ölümü ilə nəticələnən avtoqəzanın səbəbi məlum olub - YENİLƏNİB-2 - FOTO

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən avtoqəzanın səbəbi məlum olub - YENİLƏNİB-2 - FOTO
# 26 fevral 2020 21:44 (UTC +04:00)

Bakının Xocasən qəsəbəsində baş vermiş yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.

APA-nın məlumatına görə, avtoqəza "BMW" markalı avtomobildə yaranmış texniki nasazlıq - sükanın qəfildən kilidlənməsi ucbatından baş verib.

Bundan sonra avtomobil qarşı yoldan gələn “Daewoo” markalı avtomobilin yoluna çıxıb və həmin avtomobilin də "FİAT" markalı digər nəqliyyat vasitəsinə çırpılmasına səbəb olub.

***

Saat 18:08

Bakıda baş verən ağır yol qəzasında ölənlərdən ikisinin adı məlum olub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “BMW X5”, “Daewoo” və “Fiat” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Daewoo” və “Fiat” yaxınlıqdakı bataqlığa düşüb. Nəticədə “Daewoo”da olan sərnişin, 1970-ci il təvəllüdlü Fatimə Arif qızı Quliyeva və “Fiat”da olan, 1995-ci il təvəllüdlü Hikmət Məhəmməd oğlu Lətifov ölüblər. Qəza nəticəsində ölən digər qadının şəxsiyyəti hələlik məlum deyil.

***

Saat 17:29

Xocasən qəsəbəsində baş verən qəzada ölənlərin sayı 3-ə çatıb.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib. Qeyd olunub ki, hadisədə yaralanan kişi də dünyasını dəyişib.

***

Saat 17:10

Bakıda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Xocasən qəsəbəsi ərazisində qeydə alınıb. Üç avtomobil toqquşub, avtomobillərdən biri gölə düşüb.

TƏBİB-dən APA-ya bildirilib ki, qəza nəticəsində iki qadın ölüb, bir kişi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fövqəlada Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub: “Hazırda xilasetmə işləri aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR