Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 11 dekabr 2020 22:30 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində Şəfa stadionunun qarşısında baş verib.

“Ford” markalı yük avtomobili yüksək sürətlə hərəkətdə olan zaman qarşısındakı “Hyundai”ya çırpılıb.

“Hyundai” zərbənin gücündən qarşıda hərəkətdə olan “Toyoto” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində “Ford” markalı yük avtomobilinin sürücüsü xəsarət alıb.

Yolda sıxlıq yaranıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Nəqliyyatın hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənib.

Hazırda prospektdə hərəkətdə sıxlıq yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR