Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 07 aprel 2021 02:23 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Səməd Vurğun və İmran Qasımov küçələrinin kəsişməsində baş verib.

“Opel” markalı nəqliyyat vasitəsi Səməd Vurğun küçəsində qadağan olunmuş ərazidən geriyə dönüş edib.

Bu zaman eyni küçədə əks istiqamətdə hərəkətdə olan “Mercedes” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Mercedes” markalı nəqliyyat vasitəsi “Hyundai” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “Opel” markalı nəqliyyat vasitəsində bir nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR