Bakıda üç nəfəri avtomobil vurub, vəziyyətləri ağırdır

Bakıda üç nəfəri avtomobil vurub, vəziyyətləri ağırdır
# 05 noyabr 2020 05:03 (UTC +04:00)

Bakının Xətai, Xəzər və Yasamal rayonlarında yol-nəqliyyat hadisələri baş verib.

APA xəbər verir ki, Xətai rayonundakı hadisə Sadıq Orucov küçəsində qeydə alınıb.

29 yaşlı Məmmədov Vasif Yusif oğlunu minik avtomobili vurub. V.Məmmədov ağır kəllə-beyin travması və çoxsaylı sınıq xəsarətləri alıb.

Piyada vurulması ilə nəticələnən digər hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Metronun "20 Yanvar" stansiyasının yaxınlığından keçən 1975-ci il təvəllüdlü Salmanova Dürdanə Xəqani qızını da minik avtomobili vurub. Piyada ağır xəsarətlər alıb.

Analoji hadisə Xəzər rayonunda da baş verib. 1979-cu il təvəllüdlü Xəlilova Validə Rayəddin qızını nəqliyyat vasitəsu vurub.

Hər üç hadisədə xəsarət alanlar 3 nömrəli şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR