Bakıda üç qadını avtomobil vurub

Bakıda üç qadını avtomobil vurub
# 30 dekabr 2020 05:50 (UTC +04:00)

Bakının Sabunçu, Yasamal və Nəsimi rayonlarında yol-nəqliyyatı hadisələri qeydə alınıb.

APA xəbər verir ki, gecə saatlarında Sabunçu rayonunda piyada vurulub.

Bakıxanov qəsəbəsində yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Paşayeva Səkinə Füzuli qızı minik avtomobili tərəfindən vurulub.

Digər piyada vurulma faktı Yasamal rayonunda qeydə alınıb.

Zərdabi prospektində piyadalar üçün müəyyən edilmiş hissədən keçən 1997-ci il təvəllüdlü Tinovosova Aşura Abdullayevnanı avtomobil vurub.

Analoji hadisə Nəsimi rayonunda da qeydə alınıb. “3-cü mikrorayon dairəsi” yaxınlığında yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Əliyeva Gülbacı Qərib qızını da nəqliyyat vasitəsi vurub.

Hər üç yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətlındirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR