Bakıda və Abşeronda avtomobil yanıb

Bakıda və Abşeronda avtomobil yanıb
# 15 fevral 2021 08:59 (UTC +04:00)

Bakı şəhərinin Sabunçu rayonunda avtomobil yanıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı qaz xətti yanğından mühafizə olunub.

Abşeron rayonunun Xırdalan şəhərində də "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR