Bakıda və Neftçalada maşın yanıb

Bakıda və Neftçalada maşın yanıb
# 09 dekabr 2019 09:06 (UTC +04:00)

Bakı şəhərinin Nizami rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Neftçala rayonunun Bankə qəsəbəsində də "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR