Bakıda velosipedçini maşın vuraraq öldürüb

Bakıda velosipedçini maşın vuraraq öldürüb
  • Clock-gray 12:31
  • calendar-gray 25 İyun 2020

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 24-də saat 19 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosipedlə yolu keçən Azad Zeynalovu vurub. A.Zeynalov hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər