Bakıda vətəndaşlara yarım milyon manatdan çox dələduzluqda ittiham olunan şəxsin məhkəməsi başlayır

Bakıda vətəndaşlara yarım milyon manatdan çox dələduzluqda ittiham olunan şəxsin məhkəməsi başlayır
# 11 dekabr 2020 09:51 (UTC +04:00)

Bakıda vətəndaşlara qarşı yarım milyon manatdan çox dələduzluqda təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxsin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, Samir Həsənov vətəndaşların etibarından sui-istifadə edərək xüsusi xeyli miqdarda dələduzluq edib. Onun cinayət işi üzrə 7 nəfər zərərçəkən şəxs qismində tanınıb. İş üzrə dəymiş ziyanın 500 min manatdan çox olduğu bildirilir.

S. Həsənova Cinayət Məcəlləsinin 178.4-cü(dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR