Bakıda xadimə işlədiyi evdən oğurluq edib

Bakıda xadimə işlədiyi evdən oğurluq edib
# 08 aprel 2020 11:57 (UTC +04:00)

Bakıda işlədiyi evdən oğurluq edən xadimə saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-dən aprelin 1-dək olan müddətdə Əmircan qəsəbəsindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əliyeva saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR