Bakıda xanım sürücü piyada qadını vurub

Bakıda xanım sürücü piyada qadını vurub
# 14 dekabr 2019 00:21 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA-nın məlumatına görə, metronun "Nəriman Nərimanov” stansiyasının qarşısında 22 yaşlı xanım sürücü idarə etdiyi avtomobillə yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Əliyeva Gülsənəm İsa qızını vurub.

Xanım sürücü yaralını xəstəxanaya çatdırıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR