Bakıda xəstəxanada ölən şəxsin cibindən pul oğurlanıb

Bakıda xəstəxanada ölən şəxsin cibindən pul oğurlanıb
# 19 fevral 2020 11:10 (UTC +04:00)

Bakı şəhəri Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında ölən şəxsin cibindən oğurluq edilib.

Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.

Onlar bildiriblər ki, şəkəri qalxdığı üçün xəstəxanaya gətirilən və dünyasını dəyişən, 1956-cı il təvəllüdlü Vaqif Ağayevin reanimasiya şöbəsində cibindən 560 manat götürülüb.

Məsələ ilə bağlı xəstəxana rəhbərliyinə və polisə məlumat verilib.

Qohumların iddiası ilə bağlı xəstəxanadan APA-nın sualına cavab vermək istəməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR