Bakıda xəstəxanada tibb bacısının pul qabı oğurlanıb

Bakıda xəstəxanada tibb bacısının pul qabı oğurlanıb
# 28 iyul 2020 09:31 (UTC +04:00)

Bakıda xəstəxanada tibbi bacısına qarşı soyğunçuluq olub.

APA-nın məlumatına görə, naməlum şəxs iyulun 27-də, saat 15:30-da Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında tibb bacısına məxsus içərisində 400 manat və şəxsiyyət vəsiqəsi olan pul qabı dolabdan oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə soyğunçuluqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü Vəli Əlizadə saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR