Bakıda xüsusi karantin rejim qaydalarını pozan şəxs polisə müqavimət göstərib - FOTO

Bakıda xüsusi karantin rejim qaydalarını pozan şəxs polisə müqavimət göstərib - FOTO
  • Clock-gray 10:51
  • calendar-gray 07 İyun 2020

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

Bu barədə APA-ya Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə məhkum olunan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib.

E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb.

Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.

apa-logo-mini

Digər xəbərlər