Bakıda yaşayış binasına bitişik yardımçı tikilidə baş verən yanğın söndürülüb.
APA-nın məlumatına görə, tikiliyə yığılmış taxta materiallar yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
***
saat 17:41
Bakıda yaşayış binasına bitişik yardımçı tikilidə yanğın başlayıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə Nəsimi rayonu Sabit Orucov küçəsində qeydə alınıb. Hündürmərtəbəli yaşayış binasının qarajında meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.