Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
# 06 iyun 2020 01:20 (UTC +04:00)

Bakı şəhərinin Xətai rayonunda baş vermiş yanğının qarşısı alınıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı çoxmərtəbəli yaşayış binasının şaxtasında 4 m² sahədə məişət tullantıları yanıb.

Yanğından mənzillər mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 23:34

Bakıda hündürmərtəbəli binada yanğın baş verib.

APA-nın xəbərinə görə, hadisə Babək prospekti 94 ünvanındakı 14 mərtəbəli binanın zirzəmisində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Turan Şakir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR