Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər ölüb

Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər ölüb
  • Clock-gray 12:30
  • calendar-gray 24 Dekabr 2020

Bakıda yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 62 m² olan mənzildə 1 ədəd divan və döşəmə 1 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Məmmədov Qəhrəman Hüseyn oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Sail Ağasəlim

Digər xəbərlər