Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 21 mart 2021 08:34 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Səttar Bəhlulzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğının olması barədə məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisənin baş verdiyi ünvana cəlb olunub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR