Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
# 21 dekabr 2020 13:13 (UTC +04:00)

Bakıda dördmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın məlumatına görə, Səbail rayonu, Neftçilər prospektində yerləşən dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınan yanğın Nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Yanğının ətrafa yayılmasının qarşısı alınıb.

***

saat 09:59

Bakıda dördmərtəbəli yaşayış binasında yanğın başlayıb.

APA-xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində yerləşən binanın 3-cü mərtəbəsində baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR