Bakıda yaşayış binasının zirzəmisində yanğın olub, sakinlər təxliyə edilib

Bakıda yaşayış binasının zirzəmisində yanğın olub, sakinlər təxliyə edilib
# 28 fevral 2020 14:03 (UTC +04:00)

Sabunçu rayonunda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan taxta tullantıları 10 m² sahədə yanıb. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR