Bakıda yaşayış yerini tərk edən COVİD-19 xəstələri saxlanılıb

Bakıda yaşayış yerini tərk edən COVİD-19 xəstələri saxlanılıb
# 24 mart 2021 13:21 (UTC +04:00)

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılan tədbirlərlə paytaxt ərazisində iki nəfər aktiv koronavirus xəstəsi Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Bakı şəhər sakinləri 36 yaşlı A.Ağayevə və 27 yaşlı H.Səmədova ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onların yaşayış yerlərini tərk etdiyi müəyyənləşdirilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıblar. Həmin şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR