Bakıda yeniyetmə bıçaqlanıb

Bakıda yeniyetmə bıçaqlanıb
# 08 yanvar 2021 23:53 (UTC +04:00)

Bakının Nəsimi rayonunda 17 yaşlı oğlan bıçaqlanıb.

APA xəbər verir ki, hadisə metronun 28 may stansiyasının yaxınlığında baş verib.

2004-cü il təvəllüdlü Məstənzadə İlkin Sabit oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb. Yaralı qarnın ön divarının kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR