Bakıda yeniyetmələrə qarşı soyğunçuluq edən şəxs tutulub

Bakıda yeniyetmələrə qarşı soyğunçuluq edən şəxs tutulub
  • Clock-gray 15:39
  • calendar-gray 23 Oktyabr 2020

Yeniyetmələrə qarşı zor tətbiq edərək soyğunçuluq  edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə oktyabrın 19-da Mərdəkan qəsəbəsi ərazisində bir nəfərin Bakı şəhər sakini olan yeniyetməyə zor tətbiq edərək mobil telefonunu alması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ə.Əsədov müəyyən edilərək saxlanılıb. Onun ətrafında aparılan tədbirlərlə  oktyabrın 20-də həmin ərazidə digər bir yeniyetməyə də zor tətbiq edərək  mobil telefonunu alması müəyyən edilib.

Rayon Polis İdarəsi tərəfindən araşdırma davam etdirilir.

Sail Ağasəlim

Digər xəbərlər