Bakıda yol polisinə tabesizlik göstərən sürücü barəsində tədbir görülüb - RƏSMİ

Bakıda yol polisinə tabesizlik göstərən sürücü barəsində tədbir görülüb - RƏSMİ
# 24 dekabr 2019 17:44 (UTC +04:00)

“Sosial şəbəkələrdə yol polisinə tabesizlik göstərən şəxsin gürüntülərdən məlumatlıyıq. Fakt dekabrın 20-də Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb”.

Bu barədə APA-ya açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hərəkət sıxlığının intensiv olduğu prospektdə manevr etmə qaydasını pozduğu üçün yol-patrul xidməti əməkdaşları “Cherolet Aveo” markalı avtomaşına “saxla” işarəsi verib. Sürücü yol-patrul xidməti əməkdaşlarının qanunu “saxla” işarəsinə qəsdən əməl etməyərək hərəkəti davam etdirməklə, digər hərəkət iştirakçılarına real təhlükə yaradıb. Hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən yol-patrul xidməti əməkdaşları marşrut üzrə süni tıxac yaratmaqla həmin avtomobili dayandırıblar.

Sürücü özü və avtomaşına aid heç bir sənəd təqdim etməyərək tabesizlik göstərdiyi üçün saxlanılaraq Nərimanov RPİ- təhvil verilib. Sürücü ətrafında araşdırma zamanı avtomobili idarə edən şəxsin R.Quliyev olması müəyyən olunmaqla, onun izahatı alınıb. O, izahatında tələsdiyi üçün avtomaşını saxlamadığını bildirib. Sürücü əməlindən peşman olduğunu qeyd edib, yol polisinin onun əsaslı olaraq saxladığını, məsuliyyətdən yayınmaq üçün “tələsirəm” deməsini etiraf edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3 maddələri ilə inzibati protokol tərtib olunaraq sərbəst buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR